Azərbaycan prezidenti indiki kursu dəyişmək niyyətində deyil
Azərbaycan prezidenti İlham Əliyev xalqa Yeni il müracitəində 2015-ci ili neftin üç dəfə dəyərdən düşməsi, bölgədə iqtisadi, siyasi, hərbi böhranın dərinləşməsi və regional risklərin, təhlükələrin, yeni çağırışların artması şəraitində 2015-ci ili ölkə üçün iqtisadi artım ili adlandırıb. “Düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edilib, Azərbaycanda qeyri-neft sektoru inkişaf edib. Qeyri-neft sənayesinin 7 faizdən də artıq yüksəlməsi məni xüsusilə sevindirir”deyə İ.Əliyev bildirib.
Bununla belə, sovet ənənələrinin ən yaxşı üslubunda hazılanan, hərbi-siyasi və social-iqtisadi uğurları qeyd edən çıxışda manatın demək olar ki, 100%-lik devalvasiyasına səbəb olaraq ölkə əhalisinin üzbəüz qaldığı ciddi iqtisadi və sosial problemlərə yer tapılmayıb.
Prezdeintin sonrakı illərdə də Azərbaycanın prinsipial siyasətdən geri çəkilməyəcəyi, indiyə kimi yürüdülən müstəiql siyasəti davam etdirəcəyi bəyanatının xüsusi həyəcan doğurur. “Kimlər ki, bizə qarşı kampaniya aprmaq istəyirlər, bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, onlar təsir etmir və bizim siyasətə heç zaman da təsir etməyəcək”. Bu bəyanata demokratik və neft amilindən asılı olmayan dövlət qurmaq məqsədilə siyasi və iqtisadi islahatlar tələb edən, buna görə də ABŞ və Avropa ilə münasibətləri korlanan rəsmi Bakının cavabı kmi də yanaşmaq olar.
Müşahidəçilər qeyd edirlər ki, məhz tələb edilən siyasətdən imtina Azərbaycanı indiki iqtisadi kollapsa gətrib çıxarıb. Bir çox azrbaycanlılar prezidentin yeni il öncəsi çıxışında sabahkı qeyri-müəyyən gələcəklə bağlı suallara cavablar gözləyiridlər, amma bunu ala bilmədilər.
Prezidentin çıxışı 14 dəqiqə davam edərək xalqın təsəlliverici sözlər gözlədiyi belə mürəkkəb bir zamanda konstitisaynın qarantının çıxışı daha çox hökumət önündə çıxışa bənzəyirdi.
Nəzrə çatdıraq ki, Ruisya prezidenti Putinin çıxışı üç dəqiaədən çox çəkib və qlobal iqtisadi böhranın girovu olan millətə mənəvi dayaq olmağa hədəflənib. -0-
-
- İqtisadiyyat
- 1 Yanvar 2016 15:04
-
- Cəmiyyət
- 1 Yanvar 2016 19:51
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 264
Rəy yaz