Azərbaycan yığması Belarusa 0:1 məğlub olub
Bakı/24.03.18/Turan: Futbol üzrə Azərbaycan yığması dünən Bakıda keçirilən yoldaşlıq maçında Belarus milli komandasına 0:1 hesabı ilə məğlub olub. Maksim Medvedevin avtoqolu 42-ci dəqiqədə qeydə alınıb.
Azərbaycan komandası "Qarabağ"ın məşqçisi Qurban Qurbanovun rəhbərliyi ilə ilk dəfə meydana çıxıb. Trener tərkibi yeniləyib və meydana bir neçə gənc oyunçu buraxıb.
Azərbaycan komandası hücum etməyə çalışıb, amma komandanın hərəkətlərində uyğunluq olmayıb və hücum səylərinin faydalı iş əmsalı aşağı olub.
Azərbaycan növbəti yoldaşlıq maçını martın 27-də Antalyada Makedoniya yığmasına qarşı keçirəcək. -06D-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 281
Rəy yaz