Azərbaycanda elektron vizaların verilməsi sistemi yaradılır
Azərbaycanda ASAN Viza sistemi yaradılır. Məqsəd əcnəbilərin ölkəyə gəlmək üçün viza almasını sadələşdirməkdir.
Elektron sistemin layihəsi baxılmaq üçün bir ay ərzində dövlət başçısına təqdim olunacaq. Sistem işə başlayanda viza verilməsi üç gün ərzində mümkün olacaq.
Elektron vizaların siyahısı Azərbaycan XİN tərəfindən təsdiqlənməli və vizalar XİN-in təqdir etdiyi ölkələrin vətəndaşlarına verilməlidir. Bu barədə ASAN Xidmətin rəhbəri İnam Kərimov cümə günü yeni sistemin təqdimatı zamanı bildirib.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib ki, viza verilməsi təkcə beynəlxalq hava limanlarında yox, bütün sərhəd-buraxılış məntəqələrində təmin edilməlidir. Onun sözlərinə görə, hazırda 12 ölkənin vətəndaşları aeroportlarda viza ala bilər: Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya, İndoneziya və Fars körfəzi ölkələri.
Vizaya görə dövlət rüsumu azaldılıb və 20 ABŞ dolları təşkil edir.
Təqdimat zamanı qeyd olunub ki, ASAN Viza sisteminin vizalarından 81 ölkənin vətəndaşları yararlana biləcək: ABŞ, Albaniya, Almaniya, Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, BƏƏ, Bəhreyn, Bolqarıstan, Bosniya və Herseqovina, İngiltərə, Braziliya, Bruney, Cənubi Afrika, Çexiya, Çili, Çin, Danimarka, Estoniya, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Kipr, Cənubi Koreya, Kosta Rika, Kuba, Küveyt, Qatar, Qvatemala, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Macarıstan, Makedoniya, Malayziya, Malta, Meksika, Mərakeş, Monaco, Çernoqoriya, Monqolustan, Nepal, Hollandiya, Norveç, Oman, Pakistan, Panama, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Sri Lanka, Tayland, Türkiyə, Türkmənistan, Vatikan, Vyetnam, Yaponiya, Yeni Zelandiya və Yunanıstan.-02D-
-
- Cəmiyyət
- 17 Dekabr 2016 13:08
-
- Söz istəyirəm
- 18 Dekabr 2016 21:21
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz