Azərbaycandan ilk zəvvar qrupu Məkkəyə yola düşüb
Bakı/02.08.19/Turan: Bu gün Azərbaycandan 180 nəfərdən ibarət ilk zəvvar qrupu həcc ziyarətinə yola düşüb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Avqustun 5-nə qədər Səudiyyə Ərəbistanına zəvvarları aparan daha yeddi çarter reysi yola düşəcək.
Bu il Azərbaycana həcc ziyarəti üçün 1400 nəfərlik kvota ayrılıb.
Ötən illə müqayisədə həcc ziyarətinin qiyməti 75 dollar bahalaşaraq, 4150 dollardan 4225 dollara qalxıb.
Zil-hiccə ayının 10-da qeyd edilən Qurban bayramı bu il Azərbaycanda avqustun 12-13-də qeyd edilir. Bu günlər qeyri-iş günüdür.
Zəvvarlar avqustun 22-dən 26-na qədər vətənə qayıdacaqlar. -05D06-
-
- İqtisadiyyat
- 2 Avqust 2019 16:03
-
- Cəmiyyət
- 2 Avqust 2019 16:41
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 253
Rəy yaz