![Bakı Dəmir Yolu Vağzalında axtarış davam etdirilir](https://turan.az/resized/media/2017/main/122100006397-750-500-resize.webp)
Bakı Dəmir Yolu Vağzalında axtarış davam etdirilir
Bakı/21.12.17/Turan: Dekabrın 21-də Bakı vaxtı ilə saat 12:00-da polisə Bakı Dəmir Yolu Vağzalının binasında partlayıcının olması barədə məlumat daxil olub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Turan agentliyinə bildirib ki, artıq iki saatdan çoxdur ki, Fövqəladə Hallar Nazirliyi digər qurumlarla birlikdə binada axtarışa başlayıb.
"İnsanlar Bakı Dəmir Yolu Vağzalının binasından evakuasiya edilib. Qatarlara bilet satışı dayandırılıb. Axtarış vaxtı Bakı-Sumqayıt qatarının hərəkət qrafiki ilə üst-üstə düşdüyündən bu qatarların hərəkəti dayandırılıb", - o qeyd edib.
Hazırda axtarış davam etdirilir.-03B-
-
- Maliyyə
- 21 Dekabr 2017 15:46
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz