Bir qrup məcburi köçkün: Baş Nazir, bizi qəbul et!
Bakı/05.06.18/Turan: Bu gün, iyunun 5-də büdcə təşkilatlarında çalışan 200-dən artıq məcburi köçkün Nazirlər Kabinetinin qarşısına toplaşıb. Onlar dondurulmuş əmək haqlarının ödənilməməsinə etiraz ediblər.
"Bizi aldatdılar. 1 il yarımdır ki, əmək haqlarımızı vermirlər. Bir neçə dəfə bizə burda (Nazirlər Kabineti) söz verdilər ki, əmək haqlarınız veriləcək. İş yeri də veriləcəyinə söz verirdilər, ancaq əməl etmədilər, aldatdılar", Əsmər adlı aksiya iştirakçısı belə deyib.
İştirakçılar bildiriblər ki, köçkün düşdükdən bu yana onlara itirdikləri iş yerlərinə görə, orta aylıq əməkhaqqı həcmində ödənişlər edilib. Ancaq ötən ildən həmin ödənişlər dondurulub.
"Bizim yeganə alacağımız həmin vəsaitdir. 25 ildir, həll ediləcək, torpagınıza qayıdacaqsız, deyirlər, başımnızın altına yastıq qoyurlar. İndi bizi bu cüzi vəsaitdən də məhrum ediblər. Deyirlər ki, 25 il keçib, status vaxtımız bitib", iştirakçılar bildiriblər.
Aksiya iştirakçıları bildirib ki, onları aidiyyatı olmayan məmurlar qəbul edir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, başqa səlahiyyətsiz qurumlara yönləndirirlər. Beləcə, problem cözülməmiş qalır.
Məcburi köçkünlərin aksiyası 2 saata qədər davam edib. "Baş Nazir, bizi qəbul et!" şüarı səsləndirən məcburi köçkünləri rəsmilər qəbul etməyiblər.
Məcburi köçkünlərin şikayətinə Nazirlər Kabinetindən və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən münasibət öyrənmək mümkün olmayıb.
Polislər məcburi köçkünlərin aksiyasından çəkiliş aparılmasına imkan verməyiblər. Çəkiliş aparan gənc fəal Fatimə Mövlamlı isə saxlanılıb.
F.Mövlamlı Turan-a açıqlamasında bildirirb ki, polis əməkşdalır tərəfindən Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıb.
"Mən çəkiliş aparırdım. Əraziyə gələn polis əməkdaşları çəkilişin qanunsuz olduğunu bildirdilər. Məni bölməyə apardılar. Orda telefonumdakı, kameradakı bütün çəkilişlərimi sildilər", deyən F.Mövlamlı ardından sərbəst buraxılıb.--0--
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz