![Bir qrup vətəndaş RF səfirliyinin yaxınlığında aksiya keçirib](https://turan.az/resized/media/2019/main/052300019151-750-500-resize.webp)
Bir qrup vətəndaş RF səfirliyinin yaxınlığında aksiya keçirib
Bakı/23.05.19/Turan: Təxminən 20-25 nəfərdən ibarət qrup RF səfirliyinin qarşısında azərbaycanlı jurnalist Fuad Abbasovun deportasiya edilməsi məqsədilə Moskvada saxlanmasına etiraz olaraq aksiya keçirib.
Öncə polis etirazçıları binaya yaxın buraxmayıb və onlar avtobus dayanacağında sıraya düzülərək F.Abbasovun azad edilməsini və saxlanma zamanı ona qarşı güc tətbiq edənlərin cəzalandırılmasını tələb ediblər.
Sonradan aksiya iştirakçılarını binaya buraxıblar. Səfirliyin nümayəndəsi onların qarşısına çıxıb və etirazçıların tələblərinin rəhbərliyə çatdırılacağını vəd edib.
O qeyd edib ki, diplomatik missiya Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayır və məsələnin qanun çərçivəsində həllini gözləmək lazımdır.
Ötən gün Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri F.Abbasova baş çəkiblər.
Qeyd edək ki, mayın 22-də RF-in Bakıdakı səfirliyinin qarşısında da F.Abbasova dəstək aksiyası keçirilib.
* Jurnalist F.Abbasov 2015-ci ildə Rusiya telekanallarnda Rusiya hərbi təyyarəsinin Türkiyədə məhv edilməsinin müzakirəsinə dair tok-şoulardakı çıxışları ilə tanınır.
F.Abbasov Türkiyənin mövqeyini açıqlamaq üçün İhlas agentliyinin müxbiri kimi dəvət edilmişdi.
Sonradan o, Azərbaycana dair məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edib.
Son vaxtlar F.Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını soydaşlarının maraqlarını yetərincə müdafiə etməməyə görə tənqid edib, onları ermənilərlə əməkdaşlıqda suçlayıb və Rusiyada azərbaycanlıların partiya yaradacağını anons edib.06D--
-
- Cəmiyyət
- 23 May 2019 15:13
Cəmiyyət
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
Rəy yaz