Açiq mənbələrdən foto.
Bu ilin 9 ayı ərzində Azərbaycanda 100 mln. dollarlıq narkotik vasitə müsadirə olunub
Bakı/20.10.22/Turan: Cari ilin 9 ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 mln. 635 min manat (təxminən 99 mln. dollar) olan 4 ton 827 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2022-ci ilin yanvar-sentyabr aylarını əhatə edən dövr üçün məlumatında deyilir.
Qeyd edilən dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştiraka görə 6249 nəfər məsuliyyətə cəlb olunub, onların 170-i qadınlardır. Məsuliyyətə cəlb olunanların 74-ü xarici dövlətlərin - 36-sı İran, 13-ü Rusiya, 10-u Türkiyə, 8-i Gürcüstan və digər ölkələrin vətəndaşlarıdır.
Əcnəbilərdən ümumilikdə 1039 kq narkotik vasitə və 4178 psixotrop maddə həbi müsadirə edilib. 05D06
-
- Siyasət
- 20 Oktyabr 2022 12:06
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz