![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2022/main/110300053591-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Bu ilin 9 ayında ölkədə 14544 təbii və texnogen hadisə baş verib
Bakı/03.11.22/Turan: Fövqəladə Hallar Nazirliyi 2022-ci ilin 9 ayı ərzində ölkə ərazisində baş vermiş təbii və texnogen hadisələrə dair məlumat yayıb.
Bu ilin 9 ayında 14544 təbii və texnogen mənşəli hadisə baş verib, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 1313 hadisə və ya 10% çoxdur. Bu hadisələr nəticəsində 56 nəfər həlak olub, 262 nəfər xəsarət alıb.
2022-ci ilin 9 ayı ərzində respublika ərazisində 14461 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 1370 hadisə və ya 10% çoxdur.
Texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 262 nəfər xəsarət alıb ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə həlak olanlar üzrə 22 nəfər və ya 65%, xəsarət alanlar üzrə 104 nəfər və ya 66% çoxdur.
2022-ci ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1713 olub. Yanğın hadisələri zamanı 42 nəfər həlak olub,178 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 18 nəfər və ya 75%, xəsarət alanlar üzrə 74 nəfər və ya 71% çoxdur.
Haqqında danışılan dövr ərzində Azərbaycanda 47 partlayış hadisəsi baş verib və partlayışlar zamanı 14 nəfər həlak olub, 84 nəfər xəsarət alıb. 05D
Cəmiyyət
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
Rəy yaz