![Cümə günü havalar isinəcək](https://turan.az/resized/media/2015/main/020500105423-750-500-resize.webp)
Cümə günü havalar isinəcək
Cümə günü Bakıda və Abşeronda hava 12 dərəcəyə qədər isinəcək. Hava dəyişkən buludlu, əsasən yağıntısız olacaq.
Gecə havanın temperaturu +3 +5, gündüz +7 +12 dərəcə təşkil edəcək, xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.
Ölkənin rayonlarında da yağıntı gözlənilmir.
Aran rayonlarında havanın temperaturu gecə 0 +5, gündüz +10 +15 dərəcə təşkil edəcək.
Dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Həftəsonu paytaxtda havanın temperaturu bir neçə dərəcə azalacaq, küləyin güclənəcəyi və zəif yağıntı olacağı gözlənilir. -06D-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz