![Dərbənddə Azərbaycanın keçmiş rabitə naziri Hüseyn Rəsulbəyovun heykəli ucaldılıb](https://turan.az/resized/media/2019/main/120900023592-750-500-resize.webp)
Dərbənddə Azərbaycanın keçmiş rabitə naziri Hüseyn Rəsulbəyovun heykəli ucaldılıb
Bakı/09.12.19/Turan: Dekabrın 9-da Rusiya Federasiyasının Dərbənd şəhərində artilleriya generalı, SSRİ Bakı Hərbi Dairəsinin HHM qoşunlarının komandanı, 1975-ci ildən Azərbaycan SSRİ-nin rabitə naziri Hüseyn Rəsulbəyovun heykəli ucaldılıb. O, rabitə naziri vəzifəsində ömrünün sonuna qədər işləyib.
Müstəqil Azərbaycanda buraxılan 250 manat nominallı marka Rəsulbəyova həsr olunub. Bakıda yaşadığı evin divarına xatirə lövhəsi yerləşdirilib.
Azərbaycan mətbuatında abidənin quraşdırılması təşəbbüsünün Azərbaycan tərəfə aid olduğu, ölkənin abidənin hazırlanması, quraşdırılması, habelə ona bitişik ərazinin abadlaşdırılması üzrə xərcləri öz üzərinə götürdüyü barədə məlumat yayılmışdı.
1985-ci ildən Dərbənd küçələrindən biri H.Rəsulbəyovun adını daşıyır (1917-1984), abidə bu küçənin 345-ci Dağıstan Atıcılıq Diviziyası küçəsi ilə kəsişməsində ucaldılıb. —0—
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz