![DİN qalmaqallı videoçarxın iştirakçılarını saxlayıb](https://turan.az/resized/./turan-750-500-resize.webp)
DİN qalmaqallı videoçarxın iştirakçılarını saxlayıb
Bakı/01.04.19/Turan: DİN martın 31-də sosial şəbəkələrdə yayılan pornoqrafik xarakterli qalmaqallı videoçarx ilə bağlı xüsusi məlumat yayıb.
Məlumatda deyilir ki, həmin videoçarxda"sərxoş vəziyyətdə olan bir qrup şəxs qeyri-etik davranışları təbliğ edərək amoral davranış sərgiləyir".
DİN həmin videoçarxdakı iki kişi və üç qadının şəxsiyyətini müəyyən edib. Onlar saxlanılarq Bakı şəhər Nəsimi rayon polis bölməsinə aparılıb. Rolikdə göstərilən "Land Rover" avtomobili cərimə meydançasına aparılıb.
Araşdırma zamanı müəyyən edilib ki, videoçarx Bakıətrafı qəsəbələrdən birində çəkilib. İştirakçılar Azərbaycan vətəndaşı Valeh İsrafilov və Rusiya vətəndaşı Cahid Kərimovdur. DİN-in məlumatına görə, videonu sosial şəbəkələrdə məhz sonuncu yayıb. Fakt üzrə araşdırma aparılır.
Digər məlumata görə, aksiyada iştirak edən digər bir gənc də saxlanılıb.
Aksiya iştirakçılarını nələrin gözlədiyi hələlik məlum deyil. Lakin vaxtilə gənc fəal İlkin Rüstəmzadə "Harlem shake" rəqsini çəkib İnternetdə yaydığına görə 8 il azadlıqdan məhrum edilmişdi.
Hakimiyyət bunu ictimai yerdə xuliqanlıq kimi qiymətləndirmişdi.-03D-
-
- Cəmiyyət
- 1 Aprel 2019 13:25
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz