Arçil Çopikaşvili
Əfqan Muxtarlının görüntüləri montaj edilib
Bakı/20.06.17/Turan: Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib həbs edilən jurnalist Əfqan Muxtarlının gürcü vəkili Arçil Çopikaşvili Gürcüstanın Daxili İşlər Nazirliyinə müraciət edib.
Bu haqda onun özü Turan-a bildirib.
Əfqan Muxtarlının Gürcüstandan oğurlandığını deyən Archil Chopikashvili DİN-dən xahiş edib ki, jurnalistin yoxa çıxdığı günə aid hərəkət trayektoriyuasını tam əhatə edən videogörüntülər müdafiə tərəfinə təmin edilsin.
Vəkilin sözlərinə görə. onmlar əvvəl də eyni müraciəti göndəriblər. Ancaq təqim edilmiş görüntülər şübhəlidir.
"DİN-in təqdim etdiyi görüntülərdə aşkar görünür ki, görüntülərin üzərində işlənilib. Görüntülərin bir hissəsində hava günəşlidir. Kəsinti baş verir və havanın yağışlı olduğu görünür. Bir anda ətraf mmənzərə, avtomobillərin parkalnması vəziyyəti də dəyişir".
Vəkil güman edir ki, görüntülərdən bir neçə dəqiqlək hissə silinərək montaja yol verilib.
Archil Chopikashvili DİN-ə müraciətində görüntülərin tamının onlara təqdim edilməsini istəyib.
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Jurnalistin işini artıq Avropa İnsan Haqları Məhkəməsi də araşdırmağa başlayıb.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.--0--
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 346
Rəy yaz