![Афган Мухтарлы](https://turan.az/resized/media/2019/main/020500016564-750-500-resize.webp)
Афган Мухтарлы
Əfqan Muxtarlının həyat yoldaşı ilə telefon danışıqlarına məhdudiyyət qoyulub
Bakı/06.02.19/Turan: Jurnalist Əfqan Muxtarlının cəza çəkdiyi 16 saylı koloniyada saxlanma şəraiti pisdir. Bu barədə onun qardaşı Ramazan Muxtarlı bildirib.
Onun sözlərinə görə, sutka ərzində 4 saat istilik verilir. Nəticədə məhbuslar arasında xəstəlik yayılıb, öskürək, qızdırma adi hala cevrilib.
Koloniyada tibbi xidmət yoxdur. Kimin imkanı varsa öz hesabına dərman alır.
"Kameralar soyuq olduğundan müalicənin əhəmiyyəti olmur. Müəssisə rəhbərliyi yaranmış vəziyyətin dəyişməsi üçün heç bir tədbir görmür", - R.Muxtarlı bildirib.
"Normal qidalanma yoxdur. Koloniya məhbusla doludur. 1 yataq yerinə 3 nəfər düşür. Yay aylarında bəzi məhbuslar dəhlizdə yatırdı. İndi hamı kamerada yatır. Yer olmadığına görə növbə ilə yatırlar, sutkada 4 saat.
Bundan əlavə, jurnalistin Avropada siyasi mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva ilə telefon danışıqlarına məhdudiyyət qoyulub.
Telefon xəttinin "Aztelecom" tərəfindən borc olduğuna görə xaricə çıxışlarının bağlandığını bildiriblər. Əslində, məqsəd Əfqanın həyat yoldaşı ilə əlaqələrini kəsməkdir. Çünki o, Ə.Muxtarlının problemlərini beynəlxalq səviyyədə işıqlandırır, mətbuata məlumatlar verir", - R.Muxtarlı deyib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov sutkada 4 saat istiliyin verilməsini təkzib edib.
Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində kombi sistemi quraşdırılıb və fasiləsiz istilik verilir. M.Sadıqov qidaların keyfiyyətsiz olması haqda deyilənləri də doğru saymır. Onun sözlərinə görə, hətta diabetli xəstələr üçün ayrıca qida verilir.
Orada saxlanılan məhbusların sayı saxlanma limitindən qat-qat aşağıdır.
M.Sadıqov telefon danışıqlarının məhdudlaşdırılması barədə məlumatı da təkzib edib.
* Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq gizli şəkildə Azərbaycana gətirilib və burada qaçaqmalçılıq, sərhəddi qanunsuz keçmək və sərhədçiyə bədən xəsarəti yetirmək ittihamları ilə həbs olunub.
2018-ci ilin yanvarında Ə.Muxtarlı 6 il azadlıqdan məhrum edilib.
Amnesty International beynəlxlaq hüquq-müdafiə təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.-06D
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 248
Rəy yaz