Əfqan Muxtarlının işi Baş Prokurorluğa verilib (YENİLƏNİB)
Bakı/06.06.17/Turan: Jurnalist Əfqan Muxtarlıya qarşı cinayət işi Dövlət Sərhəd Xidmətindən alınaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilib. Bu barədə Turan-a vəkil Osman Kazımov bildirib.
O qeyd edib ki bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalistin həbsilə bağlı apellyasiya şikayətinə baxılması formal olub.
Məhkəmə qərarı bir təklif ilə ifadə olunub - imtina etmək. Vəkilin sözlərinə görə, müdafiə tərəfi həbs qətimkan tədbirinin ev həbsilə əvəzlənməsi barədə vəsatət qaldırıb və Ə.Muxtarlının "zərər çəkən" sərhədçi ilə üzləşməsi barədə protokol istəyib.
"Əgər protokol məhkəməyə təqdim edilsəydi, məlum olardı ki, sərhədçiyə heç bir bədən xəsarəti yetirilməyib", - vəkil vurğulayıb.
Müdafiə tərəfi Balakən rayonunda sərhəd-nəzarət məntəqəsindəki müşahidə kamerasından görüntülər barədə vəsatət qaldırıb. Bu, jurnalistin həmin keçiddən keçirildiyini sübut etmiş olurdu. Ancaq hakim vəsatətləri təmin etməyib. 06C-
* * *
2017 İyun 06 (Çərşənbə axşamı) 15:04:12
Apellyasiya Məhkəməsi Əfqan Muxtarlını həbsdə saxlayıb
Bakı/06.06.17/Turan: Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Əfqan Muxtarlı barəsində Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
Şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.
Muxtarlı mayın 29-da Gürcüstanda yoxa çıxıb, növbəti gün isə Azərbaycanda ona qarşı sərhədi pozma, qaçaqmalçılıq, sərhəd xidmətçisinə qarşı zorakılıq ittihamları irəli sürülüb və həbs olunub.
Muxtarlı ittihamları təkzib edib və bildirib ki, Gürcüstanda həbs edilib və Azərbaycan hakimiyyətinə təhvil verilib.
Muxtarlının həmkarları əmindirlər ki, o, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktları və insan hüquqlarının pozulması faktları ilə bağlı jurnalist araşdırmalarına görə siyasi motivlərlə təqib olunur.
ABŞ və Aİ oğurlanma haqqında məlumatları araşdırmağa və Muxtarlını azad etməyə çağırıblar. -16D-
-
- İqtisadiyyat
- 6 İyun 2017 14:55
-
- İqtisadiyyat
- 6 İyun 2017 15:22
Cəmiyyət
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
-
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
Rəy yaz