![Ekspert: �Avtomobillərdəki videoqeydiyyat cihazı tərəfindən çəkilən qeydlərin yayılmasına görə cəza nəzərdə tutulmur�](https://turan.az/resized/media/2019/main/020400016553-750-500-resize.webp)
Ekspert: �Avtomobillərdəki videoqeydiyyat cihazı tərəfindən çəkilən qeydlərin yayılmasına görə cəza nəzərdə tutulmur�
Bakı/04.02.19/Turan: "Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücülərin videoqeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı çəkmələrində hər hansı qanunsuzluq yoxdur və buna görə cəza nəzərdə tutulmur", - nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bildirib.
Onun sözlərinə görə, sonradan həmin video-görüntüləri KİV və İnternetdə sosial şəbəkələrə yükləmədə də qanun pozuntusu yoxdur.
O qeyd edib ki, kimsə yol hərəkəti qaydasını pozubsa, ya hansısa cinayət əməlinə yol veribsə konkret əməlinə görə cavab verməlidir.
Bu günlərdə yol polisindəki rəsmi şəxslərə istinadən informasiya yayılıb ki, yol polisi tərəfindən saxlanılan sürücülər videoqeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı çəkərək sosial şəbəkələrə yüklədikləri üçün İnzibatı Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında cəzalandırılacaq.
Mənbə bildirib ki, sürücülər "saxla" əmrinə qeyri-şərtsiz tabe olmalıdırlar. Çünki polis əməkdaşları yalnız yollarda hərəkətə nəzarətlə məşğul olmur, eyni zamanda cinayətkarlığa qarşı mübarizədə iştirak edirlər. -06D--
-
- Bazarların icmalı
- 4 Fevral 2019 13:18
Cəmiyyət
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
Rəy yaz