Fikrət Fərəməzoğlunun işgəncələrlə bağlı şikayəti təmin edilməyib
Bu gün Səbayel Rayon Məhkəməsində Rauf Əhmədovun sədrliyilə jurnalist Fikrət Fərəməzoğlunun işgəncə ilə bağlı şikayətinə baxılıb.
Müdafiə tərəfinin vəsatətinə baxmayaraq, o, məhkəməyə gətirilməyib. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.
F.Fərəməzoğlunun təkrar tibbi-məhkəmə ekspertizası barədə vəsatət də təmin edilməyib.
F.Fərəməzoğlunun sözlərinə görə, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onu döyərək dişlərini sındırıblar.
Lakin məhkəmə jurnalistin şikayətini təmin etməyib. Vəkil qərardan apellyasiya verəcək.
F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə rüşvət tələb etmə) ilə ittiham irəli sürülüb.
DİN-in məlumatına görə, jurnalist bir sahibkardan 3000 manat rüşvət alarkən saxlanılıb.
Sonradan ona qarşı ittiham daha da sərtləşdirilib: “bir qrup şəxs tərəfindən hədə-qorxu ilə rüşvət tələb etmə və ya əmlakın ələ keçirilməsi məqsədilə bu cür hərəkətlərin törədilməsi.
Əgər birinci ittiham üzrə F.Fərəməzoğlunu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi onu əmlakı müsadirə olunmaqla 10 ilədək həbs cəzası gözləyir.
F.Fərəməzoğlu yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. —06B—
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz