Баку, Фото из открытых источников
Formula -1 günlərində ictimai nəqliyyatın hərəkəti barədə
Bakı/05.06.17/Turan: İyunun 23-25-də Bakıda keçiriləcək Formula - 1 yarışlarında nəqliyyat xüsusi rejimdə işləyəcək. Bu barədə Baku City Circuit əməliyyat şirkətinin məlumatında bildirilir.
Həmin günlərdə metro saat 06:00-dan 02:00-dək işləyəcək. 65, 5, 53 saylı marsrutlar məhdudlaşdırılacaq.
Yarışların keçirildiyi zonada piyadalar yerüstü və yeraltı keçidlərdən istifadə edəcəklər.
Qeyd edək ki, yarışların dairəvi trassı Dənizkənarı Bulvar, İstiqlaliyyət, Xaqani, Ü.Hacıbəyov, H.Əliyev küçələrindən keçir.
Yarışlar başa çatanadək sözügedən trasslarda hərəkət dayandırılacaq.-02D-
-
- Maliyyə
- 5 İyun 2017 17:30
Cəmiyyət
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
-
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
Rəy yaz