![Fuad Abbasovun yeni vəkili jurnalistin Moskvada saxlanılmasından şikayət verib](https://turan.az/resized/media/2019/main/052400019159-750-500-resize.webp)
Fuad Abbasovun yeni vəkili jurnalistin Moskvada saxlanılmasından şikayət verib
Bakı/24.05.19/Turan: Dünən Moskvada saxlanılmış jurnalist Fuad Abbasovun hüquqlarının müdafiəsinə yeni vəkil - "Avropa-Asiya" Moskva Vəkillər Kollegiyasının sədri Teyyub Şərifov da qoşulub.
Turan-ın müxbiri ilə söhbətində o bildirib ki, dünən jurnalistin ittiham olunduğu RF miqyasiya qanunvericiliyinin pozulması ilə əlaqədar həbs edilməsindən apellyasiya şikayəti yazıb.
Vəkilin sözlərinə görə, jurnalistin ittiham olunduğu hüquqpozma əsassızdır.
Fuad Abbasovun 2023-cü ilə qədər RF ərazisində qalmasına imkan verən icazə sənədi var idi.
Amma sənəd ləğv edilib, Abbasovun özünə isə bu barədə məlumat verilməyib.
Vəkilin sözlərinə görə, Abbasov saxlanıldıqdan sonra ona ifadəsinin hazır mətnini təqdim ediblər. Lakin Abbasov onu imzalayarkən məzmunu ilə razı olmadığını qeyd edib.
Müdafiəçi dindirmə zamanı jurnalistə təzyiq göstərildiyi ehtimalını istisna etmir. "Mayın 16-da Ximkinsk şəhər məhkəməsində işə operativ baxılması məni təəccübləndirir", deyə vəkil bildirib.
Apellyasiya şikayətinə baxılması başa çatana qədər Abbasov deportasiya edilə bilər? Bu suala vəkil inkar cavabı verib.
* Jurnalist Abbasov 2015-ci ildə Rusiya telekanallarında tok-şoularda Türkiyədə Rusiya hərbi təyyarəsinin vurulması barədə müzakirələrlə bağlı çıxışları ilə geniş ictimaiyyət arasında məşhurlaşıb.
Abbasovu Türkiyənin İhlas agentliyinin müxbiri kimi Türkiyənin mövqeyini açıqlamaq üçün dəvət edirdilər.
Sonradan Abbasov Azərbaycanla bağlı məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edib.
Son zamanlar Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını həmvətənlərinin maraqlarını kifayət qədər qorumadıqlarına görə tənqid edirdi, onları ermənilərlə əməkdaşlıqda ittiham edirdi və RF-də Azərbaycanlıları partiyasının yaradılacağının anonsunu verirdi. -06D-
-
- Maliyyə
- 24 May 2019 12:13
-
- İqtisadiyyat
- 24 May 2019 13:27
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz