![Gələcək Azərbaycan Partiyasının fəallarına xəbərdarlıq edilib](https://turan.az/resized/media/2018/main/032900008820-750-500-resize.webp)
Gələcək Azərbaycan Partiyasının fəallarına xəbərdarlıq edilib
Bakı/29.03.18/Turan: Martın 28-də Gələcək Azərbaycan Partiyasının 8 fəalı polisə çağırılaraq izahat alınıb, xəbərdarlıq edilərək azad buraxılıb. Bu barədə partiyanın sədri Ağasif Şakiroğlu "Amerikanın Səsi"nə bildirib.
Onun sözlərinə görə, fəallardan Zaman Mirzəməmmədov Nərimanov rayon Məhkəməsi tərəfindən xuliqanlıq ittihamı ilə inzimati qaydada 100 manat cərimə olunub.
"Partiyanın fəalları martın 10-da Fəvvarələr Meydanında keçirdiyi icazəsiz aksiyaya görə polisə çağırılıb. Gələcək Azərbaycan Partiyası rejimin bu repressiv addımını qınayır, partiya fəalımızın azad edilməsini hakimiyyətdən tələb edir. Hesab edirik ki, seçki öncəsi bir zamanda bu tip represiv üsullara əl atmış rejim, bu əməli ilə seçki sonrası yürüdəcək siyasətinin mahiyyətini cəmiyyətə təqdim etməkdədir. Represiyaya əl atmış rejim anlamalıdır ki, bu tip üsullarla hakimiyyətin ömrünü uzatmaq mümkün olmayacaqdır", deyə partiyanın mətbuat xidmətinin məlumatında deyilir.
Rəsmi qurumlar partiya fəallarının polisə çağırlmasının səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.
Xatırladq ki, martın 10-da Gələcək Azərbaycan Partiyasının bir qrup üzvü Bakının mərkəzində, "Fəvvarələr" meydanında "Saxta seçkilərə yox!" şüarı ilə etiraz aksiyası keçirib.
Gələcək Azərbaycan Partiyası 2104-cü il fevralın 23-də təsis edilib. Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev GAP-ın fəxri üzvüdür. -03B-
-
- İqtisadiyyat
- 29 Mart 2018 13:10
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz