Ganja American Corner
Baki/21.06.17/Turan:ABŞ Səfirliyi Gəncə Mərkəzi Kitabxanasında yerləşən Gəncə Amerika Güşəsinin açılışından məmnundur.
Açılış mərasimində Gəncə şəhəri İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak etmişdilər.
Səfir Robert Sekuta Amerika güşəsinin açılışında etdiyi qısa çıxışında güşənin yerli icma üçün vacibliyini qeyd etmişdir.
Səfirlik kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə etmişdir. Güşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün yay vaxtı açıq olacaqdır.
Səfir Sekuta, həmçinin, Amerika hökumətinin mübadilə proqramlarının məzunları ilə görüşüb, amerikada aldıqları təhsilin onların karyeralarında nə dərəcədə əhəmiyyətli olduğu və məzunların Gəncədə çalışarkən yerli icma üçün nə edə bildikləri barədə maraqlanıb.
Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.
ABŞ səfirliyi bildirir ki, Gəncə Amerika Mərkəzi barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş olunur ki,https://www.facebook.com/americancenterbaku/ Facebook səhfəsinə daxil olasınız və yaxud ABŞ Səfirliyinin Məlumat Mərkəzinə 488 33 00, daxili 3617 nömrələrinə zəng edəsiniz.
-
- Cəmiyyət
- 21 İyun 2017 11:32
-
- İqtisadiyyat
- 21 İyun 2017 11:45
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 354
Rəy yaz