Gürcüstan Ali Məhkəməsi: Fərman Ceyranlı 6 il həbsdə oturacaq
Bakı/03.08.19/Turan: Avqustun 2-də Gürcüstan Ali Məhkəməsi tanınmış cərrah Fərman Ceyranlının azadlıqdan məhrumetmə cəzasının azaldılması ilə bağlı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Bu barədə Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Facebook səhifəsində yazıb.
Onu sözlərinə görə, Ali Məhkəmə bu "rüsvayçı" qərarı öz təşəbbüsü ilə, yəni Gürcüstan prokurorluğunun müraciəti olmadan qəbul edib.
Qeyd edək ki, 2018-ci ilin fevralında F.Ceyranlı 6 il azadlıqdan məhrum edilib, ancaq həmin ilin dekabrında Gürcüstan Apellyasiya Məhkəməsi bu müddəti 2 il 3 ayadək azaldıb və 2019-cu ilin avqustunda o, azadlığa çıxmalı idi.
Gürcüstan Ali Məhkəməsinin qərarı nə ilə əlaqədardır və hansı əsaslarla Apellyasiya Məhkəməsinin qərarını ləğv etməsi məlum deyil.
Qeyd edək ki, F.Ceyranlı vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması üçün müraciət edib. Bunun əvəzinə yeni həbs müddəti alıb.
Xatırladaq ki, 2018-ci ildə Gürcüstan məhkəməsi onu Gürcüstan CM-in 180 və 247-ci maddələri (dələduzluq, insan həyatı və sağlamlığına təhlükə yaradan informasiyanın gizlədilməsi) ilə təqsirli bilib. Söhbət F.Ceyranlının rəhbəri olduğu "Lanset" klinikasında xəstənin ölümündən gedir.
F.Ceyranlı məhkəmədə bildirib ki, siyasi sifariş ilə həbs olunub. Hökümətyönlü mətbuatda F.Ceyranlı Azərbaycan müxalifətinin qanunsuz maliyyələşdirilməsində ittiham edilib və məhz bu, onun təqib olunmasına səbəb olub, cərrahın yaxınları belə hesab edirlər. -02D-
-
- Cəmiyyət
- 3 Avqust 2019 10:58
-
- Böyük Şərq
- 3 Avqust 2019 11:09
Cəmiyyət
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
Rəy yaz