Национальный герой Азербайджана Джалил Сафаров
Gürcüstanda ermənilər Azərbaycanın Milli Qəhrəmanının abidəsinin sökülməsini tələb etməyə hazırdırlar
Bakı/09.02.19/Turan: Gürcüstan erməniləri Tbilisidə yerli azərbaycanlıların cümə mitinqindən sonra cavab bəyanatı ilə çıxış ediblər. Mitinq iştirakçıları Gürcüstanda ermənilərin məskunlaşdığı Buqaşen kəndində terrorçu Mixail Avaqyana büst qoyulmasına etiraz ediblər.
Avaqyan Qarabağda döyüşüb və azərbaycanlı dinc sakinlərin qətlində əli var.
"Son vaxtlar azərbaycanlı icması Buqaşen kənd sakini Mixail Avaqyana abidənin qoyulması və yenilənməsi ətrafında böyük hay-küy salıblar. Əgər bu kəndin sakininə abidə qoyulması belə səs-küyə səbəb ola bilirsə, o zaman biz də Lejbadin kəndində (Marneuli) Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun abidəsinin sökülməsini tələb edirik", - "Rusarminfo" bəyanatın mətninə toxunur.
Cəlil Səfərov Azərbaycan ordusunda xidmət edib, zabit olub. 1992-ci il mayın 15-də Şuşa şəhərinin yaxınlığında Turşsu kəndinin müdafiəsi zamanı həlak olub (30 yaşında). Ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Onun vətənində, Gürcüstanın Marneuli rayonunun Lejbadin kəndində ona abidə qoyulub.
Gürcüstanın ictimai xadimləri müxtəlif ziddiyyətli bəyanatlarla çıxış ediblər. Azərbaycan XİN Azərbaycan ərazisində döyüşmüş qanunsuz silahlı birləşmələrin iştirakçısına dost ölkənin ərazisində büst qoyulmasının yolverilməzliyi barədə kəskin bəyanatla çıxış edib.-0-
-
- Mədəniyyət
- 9 Fevral 2019 23:56
Cəmiyyət
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
-
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
Rəy yaz