Hava qeyri-sabit olacaq, güclü külək əsəcək
Bakı/03.08.19/Turan: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptiklərinin proqnozuna görə, Azərbaycan ərazisinə şimal-qərbdən qeyri-sabit hava axını hərəkət edir. Onun ilk dalğası artıq avqustun 2-də ölkənin şimal rayonlarına çatıb və ayın 4-dək intensiv yağıntı olacaq, güclü qərb küləyi əsəcək. Havanın temperaturu bir neçə dərəcə enəcək, çaylarda sululuq artacaq.
Avqustun 4-də Bakıda və Abşeronda hava günəşli olacaq, ancaq ayın 5-i səhərdən başlayaraq avqustun 8-dək paytaxtda güclü şimal-qərb küləyi əsəcək, arabir saniyədə 30-35 metrədək sürətlənəcək.
Sinoptiklər əhalini güclü külək ilə əlaqədar ehtiyatlı olmağa çağırırlar. -02D-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Rəy yaz