Hüquq müdafiəçisi �Gəncə işi� barədə
Bakı/04.03.19/Turan: Ötən ilin iyulunda Gəncədə baş vermiş iğtişaşlar üzrə ittiham olunanların istintaqı prosessual normaların və insan hüquqlarının pozulması ilə keçib. Bu barədə Turan-a Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev bildirib.
O deyib ki, müttəhimlərin valideynləri ilə görüşüb. Onlar istintaq zamanı işgəncələrdən şikayətləniblər, onların müstəqil vəkilləri olmayıb. Müttəhimlərə ittihamnamə aktları və hökmlər verilməyib.
Valideynlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin iclasları Bakıda Sabunçu məhkəməsində keçirməsindən narazı qaldıqlarını bildiriblər. Onların çoxunun Bakıya gəlmək üçün vəsaiti olmayıb. O.Gülalıyevin fikrincə, məhkəmə binasının önündə insanların kütləvi toplaşmasının qarşısını almaq üçün proses Gəncədə keçirilməyib.
Gəncə hadisələri ilə bağlı 50-dən çox adam həbsdədir.
* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.
İyulun 10-da axşam DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb.
Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.
Ötən həftə 14 nəfərin barəsində hökm çıxarılıb. Onlar 5 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.06D--
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 297
Rəy yaz