Гусейн Абдуллаев
Hüseyn Abdullayevin həbs müddəti uzadılıb
Bakı/25.02.19/Turan: Fevralın 25-də Nəsimi Rayon Məhkəməsi parlamentin keçmiş deputatı Hüseyn Abdullayevin həbs müddətinin daha üç ay uzadılması ilə bağlı istintaqın təqdimatını təmin edib. Bu barədə məhkəmədən bildiriblər.
Müdafiə tərəfi ittihamı və iş üzrə istintaqın gedişini şərh etmir.
Keçmiş hökumətyönlü deputat Hüseyn Avbdullayev hakimiyyətlə münaqişədən sonra 2013-cü ildə Azərbaycandan gedib. Bundan sonra ona qarşı vergi ittihamı üzrə cinayət işi açılıb.
2018-ci il aprelin 22-də Almaniyadan Türkiyəyə gələrkən saxlanılıb və Türkiyədən Azərbaycana ekstradisiya edilib.
H.Abdullayev CM-in 192.2.2 (qanunsuz sahibkarlıq), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (bir qrup şəxs ilə qabaqcadan əlbir olub hədə-qorxu ilə tələb etmə), 182.2.2 (həmin hərəkətlər təkrar törədildikdə) və 182.2.4 (həmin hərəkətlər zərərçəkənə külli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) maddələri ilə ittiham olunub.
Fevralın 1-də müttəhimin anası Zeynəb Abdullayeva prezident İlham Əliyevə müraciət edərək oğlu ilə bağlı humanizm və mərhəmət göstərməyi xahiş edib. O, özünün yaşlı olmasını, oğlunun səhhətində ciddi problemlərin olmasını nəzərə almağı xahiş edib.-16D-
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz