"İçərişəhər" administrasiyası qədim Bakı qalasının divarlarına ziyan vurulması barədə məlumatları təkzib edib
Bakı/25.04.19/Turan: "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi son vaxtlar bəzi media və sosial şəbəkələrdə Qala divarlarının bir hissəsinin sökülməsi, orada restoranların tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib. Məlumata sosial şəbəkələrdən götürülmüş fotolar daxil edilib.
Lakin qoruq administrasiyasının şərhindən belə məlum olur ki, fotolar "hazırda ərazidə aparılan işləri əks etdirmir, əvvəllər çəkilib. Orada göstərilən kərpiclər və digər materialların Qala divarları ilə əlaqəsi yoxdur.
Hazırda həmin ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Qala divarına bitişik hər hansı yenidənqurma işi aparılmır. Yaradılan metal dayaqlar abidədən 1.5 metr aralı quraşdırılıb.
Həmçinin yeni restoranların inşası ilə bağlı informasiya təkzib edilir.
"Həmin ərazidə restoranlar əvvəllər də olub. Bu layihədə məqsəd onları yeniləmək, daha yüksək keyfiyyətli, xoş görünüşlü tikili ərsəyə gətirməkdir. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub", - məlumatda bildirilir.
"Qala divarlarına ziyan vurulması ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar əsassızdır", - məlumatda qeyd olunur. 06D-
-
- Cəmiyyət
- 25 Aprel 2019 15:47
Cəmiyyət
-
Milli Hidrometeorologiya Xidməti 27 yanvar tarixində Azərbaycanın ərazisində dəyişkən hava şəraiti olacağını proqnozlaşdırır.
-
Fazil Qasımov, tanınmış alim Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunan Azərbaycanlı iqtisadçı, iş üzrə digər təqsirləndirilən şəxs Anar Əliyevin, hüquq komandasını buraxmazsa, onu öldürməklə hədələdiyini iddia edib.
-
Bazar günü, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən internet provayderlərinin (İSP) son reytinqini açıqlayıb. Reytinqdə provayderlər iki əsas meyara — istehlakçı şikayətlərinin sayına və müraciətlərə cavab vermə sürətinə görə qiymətləndirilib. Nəticələr isə ölkənin İSP-ləri arasında keyfiyyət baxımından ciddi fərqləri üzə çıxarıb.
Rəy yaz