Açıq mənbələrdən foto
İrandan Azərbaycana narkotik maddə gətirən cinayətkar şəbəkə aşkar edilib
Bakı/16.08.18/Turan: Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupu aşkar ediblər.
DSX mətbuat xidmətinin məlumatına görə, avqustun 9-da Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran ərazisindən iki nəfərin Azərbaycan dövlət sərhəddini pozması aşkar edilib. Sərhəd axtarışı əməliyyatı nəticəsində İran vətəndaşları Həsən Əhməd Qasımzadə və Həmid Hüseyn Həsənzadə saxlanılıb. Onlardan 1 kq. 335 qram heroin, 570 qram tiryək, 265 qram metafitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunaraq götürülüb.
Rayonun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul etmək üçün əraziyə avtomobillə gələn Bakı sakinləri Günay Həbibullayeva, Mirtağı Mirnağıyev və İran vərəndaşı Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. Avtomobilə və həmin şəxslərin əşyalarına keçirilmiş baxış zamanı G.Həbibullayevanın əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq kimi İran vətəndaşı İ.Niarinin Bakı şəhərində yaşadığı evinə keçirilmiş baxış zamanı 100 qram heroin narkotik vasitəsi aşkar edilib.
Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitələrin satışının təşkilatçısı Ağcəbədi rayon sakini Hümmət Əliyev də saxlanılıb. Onun mənzilindən 1 ədəd gözyaşardıcı qaz balonu, 5 ədəd metadon və 3 ədəd "Lirika" psixotrop həbləri, 213 qram heroin və 1 qram tiryək aşkar olunaraq götürülüb.
Fakt üzrə DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanılıb. -06d-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz