![İşçi Qrup sahibkarları dinlədi](https://turan.az/resized/media/2019/main/040100017836-750-500-resize.webp)
İşçi Qrup sahibkarları dinlədi
Bakı/01.04.19/Turan: Martın 26-da Bakıda "Diqals" Ticarət Mərkəzində yanğından zərər çəkmiş iş adamlarına maddi yardım göstərilməsi ilə bağlı İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrup tərəfindən sahibkarların fərdi qəbulu başa çatıb. Bu barədə nazirliyin aprelin 1-də yaydığı məlumatda deyilir.
"Martın 29-31-də İşçi Qrupun keçirdiyi qəbulda 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına 15 milyon manatadək güzəştli kreditə ehtiyacının olduğu bildirib və artıq sahibkarlarla işlərə başlanılıb", deyə məlumatda bildirilir.
Məlumatda vurğulanır ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində 680-ə yaxın ticarət obyekti təklif olunub.
Məlumatda deyilir ki, təkliflərə uyğun olaraq, 408 sahibkar ticarət obyektlərinə ehtiyacı barədə müraciət edib və bu istiqamətdə işlərə başlanılıb, sahibkarlar müraciət etdikləri halda əlavə qəbul təşkil ediləcək.
Xatırladaq ki, martın 26-da "Diqlas" TM-də yanğın baş verib. Martın 28-də dövlət başçısının yanında müşavirə keçirilib. Bu müşavirədə sahiblkarlara dövlət dəstəyi verilməsi, dəyən ziyanın hesablanması və İşçi Qrup yaradlaraq iş adamlarını problemlərinin öyrənilməsi kimi isitqmaətlərdə iş aparmaq tapşırılmışdı. Dövət başçısı iş adamlarına yardım məqsədilə martın 29-da 3 milyon manat aryılması barədə sərəncam imzalamışdı. -0-
-
- Maliyyə
- 1 Aprel 2019 15:48
Cəmiyyət
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 11-də ölkə ərazisində əsasən quru və soyuq hava şəraitinin müşahidə olunacağını, Bakıda və Abşeron yarımadasında isə arabir buludluluğun artacağını proqnozlaşdırıb.
-
Həmkarlar ittifaqına aid qeyri-hökumət təşkilatı olan “İşçi Masası Konfederasiyası”nın sədri Afiyəddin Məmmədov, Azərbaycanda sosial şəraitin pisləşməsi və vətəndaşların həbsi ilə bağlı etiraz əlaməti olaraq həbsxanada müddətsiz aclıq aksiyasına başlayıb, onun ailəsi cümə günü bildirib.
-
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) dərhal əraziyə qüvvələr cəlb edib, rəsmilər şənbə günü bildirib.
Rəy yaz