![Jurnalist aclıq aksiyasını dayandırıb](https://turan.az/resized/media/2019/main/052300019154-750-500-resize.webp)
Jurnalist aclıq aksiyasını dayandırıb
Bakı/23.05.19/Turan: Hәbsdә olan BakuPress.az saytın baş redaktoru Şәfәq Ağacan (Ağabalayeva) aclıq aksiyasını dayandırıb.
Bu barәdә AzadlıqRadiosuna xәbәr verәn Ağacanın oğlu Fuad Ağabalayev bildirib ki, redaktor aclıq aksiyasını mayın 20-si başlayıb. "Anamın tәlәbi istintaqın qәrәzsiz vә düzgün aparılması idi".
Ağabalayev qeyd etdi ki, anasının sәhhәtindә problemlәrin olduğuna görә aksiyanın 3-cü günündә vәziyyәti kәskin pislәşib vә Bakı İstintaq Tәcridxanasına hәkimlәr gәlib. "Hәkimlәr aclıq dayanmasa anamın ölә bilәcәyini deyiblәr. Sonra isә anamın yanına istintaq aparan qurumun nümayәndәlәri gәlib vә ona istintaqın düzgün aparılacağına söz veriblәr. Bunu nәzәrә alaraq, o, aclıq aksiyasını dayandırıb".
Penitensiar Xidmәtin ictimaiәtlә әlaqәlәr şöbәsinin rәhbәri Mehman Sadıqov Turana açıqlamasında Şәfәq Ağabalayevanın aclıq aksiyasının keçirmәsi üçün müraciәt etditini tәsdiqlәyib. Onun sözlәrinә görә, aksiya heç 1 gün çәkmәdi. "Mәsәlә cinayәt işilә bağlı idi. Ona vәziyyәtin hәll yollarını izah esildi, profilaktik söhbәt aparıldı. O da vәziyyәti başa düşdü vә digәr әrizә yazaraq aclıq aksiyasını dayandırdı. İndi qidanı da suyu da qәbul edir", - deyә Sadıqov bildirdi.
Xatırladaq ki, rәsmi mәlumata görә mayın 1-dә Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ötən gün paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Әmәliyyat zamanı Şәfәq Ağabalayeva saxlanılıb. Mayın 2-dә Xәtai Rayon Mәhkәmәsi Ağabalayevanın barәsindә 3 aylıq hәbs qәtimkan tәdbiri seçib.
Ağabalayeva özünü tәqsirli bilmәdiyini bәyan edib. -21d--
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz