Jurnalistin ölüm işi üzrə məhkəmə yanvarın 5-nə təyin edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevn ölümündə ittiham edilən bir qrup şəxsin məhkəmə prosesi başlayır.
Hazırlıq iclası 5 yanvar saat 15:00-a təyin edilib. İclas hakim Eldar İsmayılovun sədrliyilə keçiriləcək. Bu barədə Turan-a məhkəmədən bildirilib.
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun üzvü Rasim Əliyev avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları tərəfindən amansızcasına döyüüb. Buna jurnalistin Facebook-da futbolçunun hərəkətlərini tənqid etməsi səbəb olub.
Ağır xəsarət alan jurnalist 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və bir gündən sonra orada dünyasını dəyişib.
Bakı prokurorluğunun məlumatına görə, jurnalistin ölümündə əli olan beş müttəhimin barəsində iş mhkməyə göndərilib. İş üzrə keçən Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev CM-in 126.3-cü maddəsi (sağlamlığa qəsdən zərər vurma ölümlə nəticələnmə) ittiham olunurlar.
Digər iki müttəhim – Elşən İsmayılov və Arif Əliyev həmçinin oğurluqda (CM-in 177.1-ci maddəsi) ittiham olunurlar.
Futbolçu C.Hüseynovun barəsində iş ayrıca icraata götürülüb və başa çatmaq mərhələsindədir. İdmançı CM-in 307.1-ci maddəsi (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2-ci (cinayətin gizlədilməsi) maddələri ilə ittiham olunur.
Lakin müdafiə tərəfi hesab edir ki, cinayətin təşkilatçısı məhz C.Hüseynovdur. Jurnalistin ailəsinin vəkili Əsabəli Mustafayev onun barəsində işin ayrıca icraata götürülməsini qanunsuz hesab edir.
Ötən həftə jurnalistin valideynləri ölkə prezidentinə müraciətlə obyektiv araşdırmanın təmin olunmasını xahiş ediblər, belə ki, prokurorluq futbolçunu “müdafiə edir”.
Jurnalistin atası Turan-a bildirib ki, onlar müraciətə cavab almayıblar.
Cümə günü prezidentin köməkçisi Əli Həsənov sözügedən müraciəti şərh etməkdən imtina edərək bildirib ki, Rasim Əliyevin valideynlərinin müraciətindən xəbəri yoxdur.-16D-
-
- İqtisadiyyat
- 28 Dekabr 2015 12:50
-
- Cəmiyyət
- 28 Dekabr 2015 13:54
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz