![Ləzran kəndi prezidentdən müdafiə istəyir](https://turan.az/resized/media/2019/main/030400017215-750-500-resize.webp)
Ləzran kəndi prezidentdən müdafiə istəyir
Bakı/04.03.19/Turan: Ləzran kəndinin və Yardımlı rayonunun digər yaşayış məntəqələrinin bir qrup sakini (71 nəfər) Ləzran kəndinin təhlükəsizliyini təmin etmək və kənd sakini Bəhruz İsgəndərovun vəhşicəsinə qətlə yetirilməsində təqsirli olan şəxsləri məsuliyyətə cəlb etmək xahişi ilə Azərbaycan prezidentinə və baş prokurora müraciət edib.
Müraciətdə deyilir ki, bu il fevralın 23-də 10-12 nəfərdən ibarət mütəşəkkil silahlı qrup Ləzran kədninə daxil olub, Bəhruz İsgəndərovu 9 yaşlı oğlu Həsrətin gözü qarşısında çoxsaylı bıçaq xəsarətləri yetirməklə, öldürüb, həmçinin, kənd sakinləri Pərviz və Tərlan İsgəndərovlar, İbrahim Mirzəyev də yaralanıb. Daha sonra cinayətkar qrupun iştirakçıları B.İsgəndərovun beş azyaşlı uşağı olan evinə hücum ediblər.
Hücum edənlər arasında Sumqayıt, Abşeron rayonunun Saray Qəsəbəsinin, Yardımlı rayonunun Şovud kəndinin sakinləri olub.
Müraciətdə qeyd edilir ki, hücum edənlərin heç biri saxlanılmayıb, baxmayaraq ki, onların adları hüquq-mühafizə orqanlarına məlumdur. Cinayətkar qrupun üzvləri Ləzran kəndinin sakinlərini qorxutmağa, ölümlə hədələməyə davam edirlər.
Müraciəti imzalayanlar prezidentdən və baş prokurordan bundan sonra kütləvi qurbanların qarşısını almaq naminə Ləzran və Şovud kəndləri arasında qarşıdurmalara yol verməmək üçün bu işi şəxsi nəzarəti altına götürməyi xahiş edir. -0-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz