Liftin kabinəsi xadimənin üstünə düşüb
Bakı/05.10.18/Turan: Oktyabrın 4-də Bakının Nəsimi rayonunda yaşayış binasında liftin təmiri zamanı texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən xadimə Mahirə Yusifova həlak olub.
Bakı Şəhər Prokurorluğunun məlumatına görə, liftin kabinəsi şaxtada təmizlik işləri aparan qadının üzərinə düşüb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda CM-in 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faciə "Nəsimi-3" kooperativinin 10 mərtəbəli binasında baş verib.
Kooperativin rəhbəri Soltanməcid Əzizov şübhəli kimi saxlanılıb. O, təhlükəsizlik qaydalarına əməl edilmədən təmir aparılmasına göstəriş verib. -03D06-
-
- Cəmiyyət
- 5 Oktyabr 2018 16:35
Cəmiyyət
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
Rəy yaz