Londonda Cahangir Hacıyevin villası müsadirə edilib?
Bakı/08.10.18/Turan: Qeyri-rəsmi məlumatlara görə, London məhkəməsi Zamirə Hacıyevadan 28,5 mln. dollar dəyəri olan elit daşınmaz əmlakın müsadirə edilməsi haqqında qərar qəbul edib. "Banksta" telegram-kanalın yaydığı məlumata görə, Zamirə mənimsəməyə görə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşıdır.
Britaniya tarixində ölkə hakimiyyətinin çirkli pullara qarşı mübarizə çərçivəsində korrupsiyaya qarşı mübarizə haqqında yeni qanundan istifadə etdiyi ilk hadisədir. Bu ilin fevralından etibarən qanun hakimiyyətin ölkə ərazisindəki əcnəbi aktiv sahiblərinə mənşəyi müəyyən edilməmiş sərvət üçün order verməsinə icazə verib. Aktiv sahibi onun qanuni mənşəyini sübut edə bilmirsə, hüquq mühafizəçiləri əmlakın müsadirəsi prosesini işə sala bilirlər, deyə "Novıye İzvestiya" qeyd edir.
Cinayətkarlığa qarşı Mübarizə Agentliyi artıq bildirib ki, Zamirə Hacıyeva daşınmaz əmlakı ərinin ABB-dən çıxardığı pula alıb.
Məhkəmədə əvvəlki dinləmələr zamanı Zamirənin kifayət qədər israfçı həyat tərzi keçirdiyi, şəxsi təyyarədən istifadə etdiyi, Harrods univermağında alış-verişə böyük məbləğlər xərclədiyi bildirilib.
Hacıyeva ötən həftə əmlakının müsadirəsi haqqında London Ali Məhkəməsinin qərarından verdiyi apellyasiyanı uduzub, deyə nəşr qeyd edir. -02D-
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz