![Media klubun yaradılması ideyası irəli sürülüb](https://turan.az/resized/media/2018/main/033000008850-750-500-resize.webp)
Media klubun yaradılması ideyası irəli sürülüb
Bakı/30.03.18/Turan: Azərbaycan jurnalist birliyinin nümayəndələri Media klubun - media məkanının mühüm problemlərini həll etməyə, KİV sahəsində qərar və təklifləri hazırlamağa qadir olan məşvərətçi platformanın yaradılmasını qərara alıblar.
Media klubun yaradılması ideyası bu gün Turan agentliyində bir sıra KİV xadimlərinin iştirakı ilə keçirilən məsləhətləşmələrin nəticəsində irəli sürülüb.
Görüşdə "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli, qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət, xural.com saytının baş redaktoru Əvəz Zeynallı, aztoday.az saytının baş redaktoru Elmidar Əliyev, "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev iştirak ediblər.
İnformasiya məkanında vəziyyət pis olaraq qalır, düşmənçilik dilində danışmaq, aqressiya üstünlük təşkil edir, peşə-etik normalar pozulur, ifadə azadlığına ziyan dəyir, A.Əliyev bildirib.
Bir tərəfdən, informasiya-texnologiya sahəsində mühüm irəliləyişlər nəzərə çarpır, digər tərəfdən, diskreditasiya, böhtan, təhqir və zorakılığın təbliği üçün informasiyadan istifadə olunması daha böyük miqyas alır.
Z.Əzəmətin fikrincə, bu hal ənənəvi KİV-in sıxışdırılması siyasətinin nəticəsində mümkün olub. Praktiki olaraq, informasiya meydançaları öz mövcudluğunu dayandırıb.
"Bu gün media məkanında müşahidə edilən aqressiya sivil formada ifadə azadlığının sıxışdırılması cəhdlərinə cavabdır", - Q.Məhərrəmli bildirib.
Media klubun təşəbbüsçüləri hesab edirlər ki, informasiya mühitində inkişaf etməkdə olan neqativ proseslər dağıdıcı xarakter daşıyır və ümumilikdə cəmiyyətə mənfi təsir göstərir.-0-
-
- İqtisadiyyat
- 30 Mart 2018 15:20
-
- Analitika
- 30 Mart 2018 15:44
Cəmiyyət
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
Rəy yaz