Афган Мухтарлы
Məhkəmə Əfqan Muxtarlının iki şikayətinə baxıb
Bakı/28.12.18/Turan: Bakının Suraxanı rayon məhkəməsi bu gün jurnalist Əfqan Muxtarlının iki şikayətinə baxıb.
Bu barədə onun həyat yoldaşı Leyla Mustafayeva bildirib.
Şikayətlərdə cəzaçəkmə müəssisəsində ona qarşı qeyri-insani rəftar, telefon danışığı, yaxınları ilə görüş və kitab alma hüquqlarının məhdudlaşdırılması məsələsi qaldırılır.
Qeyri-insani rəftar haqqında şikayətə dekabrın 27-də hakim Ramil Həsənov baxıb.
Cəzaçəkmə müəssisəsi əməkdaşlarının Muxtarlıya qarşı hərəkətlərində cinayət tərkibinin olub olmadığını müəyyən etmək üçün iş Suraxanı rayon prokurorluğuna göndərilib.
İşə baxılması prokurorluğun qərarından sonra davam etdiriləcək, deyə vəkil Elçin Sadıqov bildirib.
İkinci şikayətə dekabrın 28-də baxılacaq.
Amma hakim Ceyhun Qədimov şikayəti təmin etməyib.
Məhkəmənin qərarından şikayət veriləcək.
* Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2018-ci il mayın 29-da Tbilisidə oğurlanıb və gizlicə Azərbaycana göndərilib, burada o, qaçaqmalçılıq, sərhədi qanunsuz keçmə və sərhədçiyə qarşı zorakılıq tətbiq etmə ittihamları ilə həbs edilib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti jurnalistin həbsini pisləyib. Amnesty İnternational onu "vicdan məhbusu" kimi tanıyıb. -05B06-
-
- İqtisadiyyat
- 28 Dekabr 2018 15:59
-
- Kənd təsərrüfatı
- 28 Dekabr 2018 16:39
Cəmiyyət
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
-
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 8+13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.
-
Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyi bildirib.
Rəy yaz