Məhkəmə jurnalistin ev dustaqlığına keçirilməsi barədə vəsatəti təmin etməyib
Bakı/17.12.19/Turan: Bazar ertəsi Səbayel Rayon Məhkəməsi jurnalist Polad Aslanovun ev dustaqlığına keçirilməsi barədə vəsatəti təmin etməyib. Bu barədə onun xanımı Gülmirə Aslanova Facebook səhifəsində yazıb.
Bundan öncə o qeyd etmişdi ki, Polad istintaqın qərəzli olduğuna etiraz edərək ifadə verməkdən imtina edib.
* Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.
Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi güc strukturlarında korrupsiya haqqında yazıları ilə bağlıdır.06B-
-
- İqtisadiyyat
- 17 Dekabr 2019 15:03
-
- İqtisadiyyat
- 17 Dekabr 2019 16:36
Cəmiyyət
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
-
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağıntısız olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 8+13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.
Rəy yaz