Məhkəmə Turan agentliyinin qaçqınlar üzrə Dövlət Komitəsinə qarşı iddiasını təmin etməyib
Bakı/24.04.19/Turan: 1 saylı İnzibati-İqtisadi Məhkəməsi 26 sentyabr 2018-ci il tarixli informasiya sorğusuna cavab verilməməsilə bağlı Turan İnformasiya Agentliyinin Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddiasını təmin etməyib.
Hakim Möminat Hacıbəyova hesab edib ki, Dövlət Komitəsinin cavabı həmin ilin oktyabrında təqdim etməsinə ümumilikdə cavab kimi baxıla bilər.
İddiaçı hesab edir ki, təqdim olunmuş cavab ümumi xarakter daşıyır və konkret suala aydınlıq gətirmir. İnformasiya sorğusunda Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağ döyüşlərində həlak olmuş Sumqayıt sakini İmamverdi Zabidovun ailəsinin 1993-cü ildə qaçqınlar tərəfindən zəbt edilmiş evi ilə bağlı məsələnin nə zaman həll olunacağı soruşulub.
2018-ci il dekabrın 13-də birinci məhkəmə iclasında Dövlət Komitəsinin nümayəndəsi problemin həllilə bağlı atılan addımları şifahi formada anlatmağa çalışıb. Lakin hakim M.Hacıbəyova bu dəlilləri yazılı şəkildə agentliyə və növbəti, yəni indiki məhkəmə iclasına təqdim etməyi təklif edib.
Bu gün isə hakim əvvəlki mövqeyinə zidd olaraq məhkəmə iclasına məhəl qoymayan cavabdehin tərəfini tutub.
Agentlik yazılı qərarı aldıqdan sonra bugünkü məhkəmə iclasını mübahisələndirəcək.
Qaçqının torpaqlarının işğalçıdan azad edilməsi uğrunda döyüşlərdə həlak olan Zabidovun ailəsinin evinin qaçqın tərəfindən zəbt edilməsi iə bağlı görünməmiş problem aşağıdakı məqalələrdə işıqlandırılıb:
http://www.turan.az/ext/news/2018/9/free/Social/az/75167.htm
http://www.turan.az/ext/news/2018/10/free/Social/az/75771.htm
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz