Мамед Ибрагим
Məmməd İbrahim ev dustaqlığına buraxılmayıb
Bakı/10.10.18/Turan: Oktyabrın 10-da Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması, yaxud da 5 min manat girov müqabilində azadlıqda qalması üçün məhkəməyə verilən vəsatət təmin edilməyib.
Məhkəmədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi və M.İbrahim özü də iştirak edib.
M.İbrahimin oğlu Turan İbrahim Turan-a bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: "Oğlu bildirir ki, M.İbrahimin səhhətində problemlər var. T.İbrahimin sözlərinə görə, atası saxlandığı 1 Saylı Bakı İstintaq Təcridxanasında vəkiliylə görüşdə dayana bilməyib, söhbəti yarımçıq dayandırıb getmək məcburiyyətində qalıb".
Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib, xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.
Bir neçə gün əvvəl, həbs cəzasının başa çatmasına bir gün qalmış ona qarşı qadağan edilmiş əşyanın (kəsici-deşici alət) qanunsuz saxlanması ittihamı irəli sürülüb, bu maddə ilə o, 6 aya qədər azadlıqdan məhrum edilə bilər.
Sentyabrın 28-də Yasamal rayon Məhkəməsi İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
M.İbrahim üç illik cəzasını başa vurub azadlığa çıxmasına iki gün qalmış onun haqqında yeni cinayət işi başlanıb. -16D-
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz