Mətbuat-Monitorinq 11.07.15
Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin İtaliyaya səfərinin başa çatması haqda xəbərləri ilk səhifələrdə yerləşdiriblər.
“Azadlıq” qəzeti Silahlı Qüvvələr Qərargahının rəisi Nəcməddin Sadıqovun oğlunu saxladığını görə işdən azad edilən yol polis əməkdaşının ölümlə hədələnməsini önə çəkib.
Qəbələ-“Dinamo” (Tbilisi) matçında siyasi pankartlar açılmasını ekspertlər qəzetə “Rusiyanın mümkün təxribatı” kimi dəyərləndiriblər.
Rəsmi Bakının Qarabağın azad olunmasında Rusiyanın rolu haqda təbliğatına ekspertlər “Rusiya Qarabağı Azərbaycana ancaq milli müstəqilliyin tam itirilməsi şərtilə qaytarar” bəyanatını səsləndiriblər.
Qəzet qeyd edir ki, Bakının sökülməkdə olan tarixi “sovetski” məhəlləsində mövcud olan 138 tarixi binadan yalnız 15-nin saxlanması nəzərdə tutulur.
Bu ilin yarım ili üçün dövlət büdcəsinə SOCAR-ın 729 milyon manata yaxın vəsait köçürməsinə qəzet “ötən ilin uyğun dövrü ilə müqayisədə 25% az” şərhini verir.
“Bank of Azerbaycan”ı müştəri hüquqlarını pozmaqda ittiham edən vəkillərə görə, müştərilərə halal pullarını hissə-hissə belə götürməyə icazə verilmir.
Qəzetin iddiasına görə, “Aqrarkredit”in rəhbəri Məmməd Musayevin Beynəlxalq Banka rəhbər gətirilməsi yaxın günlərdə həllini tapacaq.
“Ekspress” Berlinin Ermənistanı işğalçı adlandırmasını diqqət mərkəzinə çəkib.
Qəzet yazır ki, Mərkəzi Bank bankların kredit faizlərini endirmə tempinin qaneedici olmadığını bəyan edib.
Nizami Rayon Məhkəməsi tanınmış vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından çıxarılması haqda qərar verib və əsas kimi İsmayıllı hadisələrilə bağlı məhkəmə proseslərində “dövlətçilik əleyhinə çıxış etməsi” göstərilir.
“Novoe Vremya” ABŞ-ın Azərbaycan səfirilə görüşdə nazir Natiq Əliyevin qaz məsələsini müzakirə etməsini önə çəkərək bunu “Bakının qaz oyununa daha dərindən cəlb olunması” kimi dəyərləndirir.
“Bizim yol” Mərkəzi Bankın kredit faizlərini aşağı salmasını ilk səhifəyə yerləşdirib.
“Yeni Müsavat” Moskvada “Milyarderlər İttifaqı”nın buraxıldığını və rəsmi Kremlin onun qolu olan “Milli Şura”nın da buraxılmasını istəməsini ilk səhifəyə çıxarıb.
Qəzet Azərbaycanın Şanxay Əməkdaşlıq təşkilatına daxil olmasını Azərbaycanın üzünü Asiyaya çevirməsi kimi gözlənilən addım kimi dəyərləndirir.
Qəzetin iddiasına görə, Arif Əsgərov nəqliyyat nazirinin müavini olduqdan sonra Londonda oğli Azər Əsgərovdan Bakıdakı qohumlarına qədər hamısı cangüdənlə gəzir.
Ekspertlər kredit borcuna görə intiharı ciddi siqnal sayaraq bunu “faiz qurbanı” adlandırır və hökuməti bu haqda ciddi düşünməyə çağırırlar.
-
- Foto sessiyalar
- 11 İyul 2015 00:58
-
- Söz istəyirəm
- 11 İyul 2015 13:25
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rəy yaz