![�Müsəlman Birliyi� Hərəkatının fəalı polisdə hədə-qorxuya məruz qalıb](https://turan.az/resized/media/2018/main/032800008794-750-500-resize.webp)
�Müsəlman Birliyi� Hərəkatının fəalı polisdə hədə-qorxuya məruz qalıb
Bakı/28.03.18/Turan: "Müsəlman Birliyi" Hərəkatının fəalı Xaliq Siyabov martın 27-də saxlanılıb və DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Orada fiziki təzyiqlərə məruz qalıb.
Bu, Məhbus Ailələrinin Müdafiəsi Koordinasiya Mərkəzinin iclasından (26 mart) bir gün sonra baş verib. O, iclas zamanı 11 aprel prezident seçkilərini boykot qərarını açıqlayıb. X.Siyabov evdən çıxarkən oğurlanıb.
"Müsəlman Birliyi"nin üzvləri bildiriblər ki, bir neçə saat ərzində X.Siyabovun yeri məlum olmayıb. Onu saat 21:00-da buraxıblar.
Polisdə onu döyüblər və açıq şəkildə bildiriblər ki, saxlanmasının səbəbi seçkiləri boykota çağırmasıdır. X.Siyabova xəbərdarlıq ediblər ki, 26 mart tədbiri təkrarlanarsa onun qadın qohumları həbs ediləcək.
Hərəkat üzvləri prezident seçkilərindən sonra fəallara qarşı yeni repressiya dalğasının başlayacağından ehtiyat edirlər.
Taleh Bağırzadənin rəhbərliyi ilə "Müsəlman Birliyi" Hərəkatının liderləri və fəalları 2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyatdan sonra həbs ediliblər. Ötən ilin payızında Hərəkatın daha bir neçə fəalı həbs olunub.
DİN-dən şərh almaq mümkün olmayıb.-06B--
-
- İqtisadiyyat
- 28 Mart 2018 16:38
Cəmiyyət
-
Azərbaycan rütubətli və soyuq hava şəraitinə hazırlaşır, Bakıda və Abşeron yarımadasında yağış və qar yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidməti güclü şimal-qərb küləyinin gün ərzində tədricən zəifləyəcəyini bildirir.
-
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Bakıda qeydiyyata alınması tələbi ilə həmin ölkənin XİN-inə nota göndərib.
-
Antisemitizm yəhudi tarixinin əsas hissəsi olub və bütün Avropada qaçqın dalğalarına səbəb olub. Orta əsrlərdə minlərlə yəhudi Fransa, İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində repressiya və qırğınlardan canlarını qurtararaq Osmanlı İmperiyasında sığınacaq tapıblar.
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
Rəy yaz