![Müxalifətçi məhkəmə zalında azad edilib](https://turan.az/resized/media/2019/main/080500020715-750-500-resize.webp)
Müxalifətçi məhkəmə zalında azad edilib
Bakı/05.08.19/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi qanunsuz narkotik dövriyyəsində ittiham olunan Müsavat Partiyasının fəalı Azad Həsənov barəsində hökmü oxuyub.
Prokuror ittihamı daha yüngül maddəyə - 234.1-ci (şəxsi istifadə üçün yol verilən normadan artıq narkotik maddənin qanunsuz döviyyəsi) maddəyə tövsif edilməsini və fəalın 1,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.
Məhkəmə fəala 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Bu zaman məhkəmə son iki ay beş günlük müddəti şərti cəza ilə əvəz edib. Fəal məhkəmə zalında azad edilib.
Həsənov Turan-a bildirib ki, hökmlə razı deyil, onu Müsavat Partiyasının sıralarında müxalif fəaliyyəti ilə əlaqədar verilmiş ədalətsiz və siyasi motivli qərar hesab edir. Həsənov hökmdən şikayət verəcək. Eyni zamanda, o, ailəsinə qovuşmaq üçün ölkədən çıxış hüququnun təmin edilməsinə nail olmaq niyyətindədir.
* Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdə idi. 2018-ci il oktyabrın 11-də o, atasının ağır xəstəliyi ilə əlaqədar Bakıya qayıdıb və elə həmin gün saxlanılıb. Ona qarşı CM-in 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddə ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. -B06-
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz