�Neftçi�dən azarkeşlərə şok �sürpriz�
Bakı/11.05.19/Turan: Azərbaycan Premyer Liqası başa çatmasına iki tur qalmış çempionluğunu əlindən çıxaran və bununla da öz azarkeşlərini məyus edən "Neftçi" klubu, sonda onlara şok "sürpriz" etdi.
Belə ki, Bakı klubu çempionatın son turunda vaxtından əvvəl çempion olmuş "Qarabağ" ilə matçın biletinin qiymətini 50 manat məbləğində müəyyən edib. Bu barədə informasiya komandanın saytında yerləşdirilib.
Bununla da "Neftçi" FK bu mövsümdə Azərbaycanın ən yaxşı klubu titulunu qazanmağa çalışan iki komandanın oyununu maraqla gözləyən öz azarkeşlərinin, həm də neytral azarkeşlərin ədalətli qəzəbinə səbəb olub.
Qeyd edək ki, adətən "Neftçi" üçün ev sayılan "Bakcell Arena" stadionu adi sektorlar üçün 1 manat, VİP sektorlar üçün 5 manat olurdu. Hətta belə qiymətlərlə belə stadiona maksimum 1000-1200 nəfər gəlirdi.
Belə qərarı qəbul edən məsul şəxslərn nəyə əsaslandığı məlum deyil. Sosial şəbəkələrdə müzakirələrdə belə versiya səslənir ki, komanda çempionluğu əldən verdikdən sonra "Neftçi" rəhbərliyi narazı şüarlardan ehtiyat edərək stadionda çox sayda tamaşaçı görmək istəmir.
Xatırladaq ki, "Neftçi" çempionatın sonuna qədər iki turda öz evində "Sumqayıt" klubuna 2:3 hesabı ilə məğlub olub. Matçdan sonra "Neftçi"nin fanatları komandanın avtobusunun yanına toplaşaraq ayrı-ayrı oyunçuların və baş məşqçinin ünvanına xoşagəlməz şüarlar səsləndiriblər. Qəbələdə eyniadlı komanda ilə oyunların birində də matçın sonunda oxşar mənzərə yaranmışdı. Matçda qələbəyə ("Neftçi"yə heç bir şey qazandırmadı) baxmayaraq, azarkeşlər buraxılmış çempionluq ilə bağlı narazılıq ifadə etmişdilər.
Nəhayət, qeyd edək ki, Bakı Olimpiya Stadionunda "Qarabağ"ın iştirakı ilə Avropa Liqasının qrup mərhələsinin matçlarının orta qiyməti 20-30 manat təşkil edib. "Qarabağ" isə İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" komandaları ilə qarşılaşıb. 71D-
-
- Foto sessiyalar
- 11 May 2019 20:50
Cəmiyyət
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
Rəy yaz