Oqtay Gülalıyevin xanımı: “Həkimlər Oqtayın Bakıya aparılmasını mümkün saymırlar”
“Oqtayın səhhətində hər hansı yenilik yoxdur, koma vəziyyəti hələ ki, davam edir”. Bunu İstanbulda “Amerika Xəstəxanası”nda müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.
Onun sözlərinə görə, artıq 2-3 gündür ki, O.Gülalıyevə antibiotiklərin vurulması da dayandırılıb: “Antibiotiklər ağ ciyərində və qanda infeksiya aşkar edilməsinə qarşı olaraq vurulurdu. Amma son günlərdə qaraciyərində yaranan problemlə bağlı antibiotiklərin vurulması dayandırıldı”.
F.Gülalıyeva deyir ki, dekabrın 6-da həkimlər O. Gülalıyevin baş nahiyəsini MRT etmək istəyiblər, amma hazırkı vəziyyəti buna imkan verməyib.
F.Gülalıyeva deyib ki, dekabrın 9-da “Amerika Xəstənası”nda O.Gülalıyevin müalicə müddəti başa çatacaq: “Amerika Xəstəxanası”nda Oqtayın müalicə olunması ilə bağlı müddət dekabrın 9-da başa çatır. Bunu Heydər Əliyev Fondunun Türkiyədəki təmsilçisinə də çatdırdım. Mənə dedilər ki, dekabrın 9-da həkimlərlə danışıb qərar qəbul edəcəklər. Amma Oqtayı müalicə edən həkimlər onun ağ ciyərində və qanında infeksiyanın olmasını əsas gətirərək Bakıya aparılmasını mümkün saymırlar. Hələlik vəziyyət belədir”, - F.Gülalıyeva bildirib.--0--
-
- Cəmiyyət
- 7 Dekabr 2019 12:48
-
- Sual-cavab
- 7 Dekabr 2019 18:08
Cəmiyyət
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
Rəy yaz