Ötən il 26 mindən cox cinayət qeydə alınıb
Bakı/28.01.19/Turan: "2018-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.381 cinayət qeydə alınıb. Onların 84, 7 faizinin açılması təmin olunub".
Bunu bu gün, yanvarın 28-də ötən ilin yekunları ilə bağlı Daxili İşlər Nazirliyində keçirilən toplantıda nazir Ramil Usubov deyib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Cinayətlərin 89, 7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etdiyi qeyd edilib.
"Nazir diqqətə çatdırıb ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2277 cinayət törətmiş 869 cinayətkar qrup zərərsizləşdirilib. Polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib", açıqlamada yazılıb.
Habelə iddia edilib ki, qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib.
"144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib. Bu cinayətlərin qurbanı olmuş 98 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib", deyə vurğulanıb.
Yol hərəkəti qaydalarının pozulması artıb
Hesabatda bildirilib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquq pozmalarının aşkarlanması 1,3 faiz artaraq 3.409.698 inzibati xəta təşkil edib. Habelə qeyd edilib ki, ümumilikdə, daxili işlər orqanlarının bütün struktur qurumları üzrə müxtəlif inzibati xətalara görə 3.442.148 protokol tərtib edilib.
Bir il əvvəl isə daxili işlər naziri Ramil Usubov bildirmişdi ki, 2017-ci ildə 26 min 113 cinayət qeydə alınıb. Ancaq onda vurğulanırdı ki, cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2.7 faiz azalıb.
Üstəlik, bəzi KİV-lərin məlumatına görə, daxili işlər naziri Ramil Usubov Azərbaycan polisinin 100 illik yubileyi (2018-ci il iyulun 2-si) zamanı bildirib ki, cinayətlərin, orta hesabla, 87 faizi ( 2018-ci ilin yekunlarına görə, 85 faizə yaxını) açılır.
Bəzi ekspertlər Azərbaycanda baş verən cinayətlərin açılma faizinin ümumilikdə yüksək olmasını bəzi cinayətlərin qeydiyyatdan kənarda qalması ilə izah edirlər.-0-
-
- Cəmiyyət
- 28 Yanvar 2019 17:58
Cəmiyyət
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
Rəy yaz