Polis İlkin Rüstəmzadənin yaşadığı evi əhatəyə alıb (YENİLƏNİB)
Saat 15.30-da İlkin Rüstəmzadə Facebook vasitəsilə canlı yayıma çıxaraq bildirib ki, polis onun yaşadığı evi əhatəyə alıb. Bundan öncə ona telefon edərək pandemiya dövründə Azərbaycanda sosial müavinətlərin artırılmasını tələb edən petisiyanı change. org saytından götürməsini tələb ediblər.
Bunu etməkdən imtina etdikdən sonra onu sanksiyalarla hədələyiblər.
“Əminəm ki, hakimiyyət məni buna görə cəzalandırmaq və işi karantin rejiminin pozulması kimi təqdim etmək istəyir”, - fəal deyib və əlavə edib ki, hədələrin qarşısında geri çəkilmək fikri yoxdur. -0-
* * *
2020 Aprel 08 (Çərşənbə) 16:37:06
İlkin Rüstəmzadə həbs təhlükəsinin olduğunu bildirib
Bakı/08.04.20/Turan: İctimai fəal İlkin Rüstəmzadə həbs təhlükəsinin olduğunu bildirib. Belə ki, aprelin 7-də Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları onun qeydiyyatda olduğu mənzilə gələrək doğmalarından onun yerini soruşublar.
“Evdən cavab veriblər ki, İlkin köçüb. Polislər bunun qanunsuz olduğnu deyərək məni karantin qaydalarının pozduğumu bildiriblər. Halbuki, mən yeni evə aprelin 2-də köçmüşəm”, - İ.Rüstəmzadə Turan-a bildirib.
İ.Rüstəmzadə deyib ki, polisin onu axtardığının səbəbi bir neçə gün əvvəl tərtib etdiyi petisiyada ola bilər. “Mən koronavirus və onunla bağlı tətbiq edilmiş karantin rejiminə görə petisiya yaymışam. Petisiyada karantin dövründə dövlətin vətəndaşlara 300 manat sosial müavinət verməsi, kommunal və bank ödəmələrinin dayandırılması nəzərdə tuturdu”, - o bildirib.
Öz növbəsində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turan-a bildirib ki, məsələ ilə bağlı məlumatı yoxdur.
DİN mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, İlkin Rüstəmzadə keçmiş siyasi məhbusdur. Kütləvi iğtişaşların təşkili ilə bağlı saxta ittihamlarla 6 il həbsxanada olub. —06D-
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz