Qaçqınların məskunlaşdığı yataqxanada yanğın
Bakı/10.09.19/Turan: Aprelin 10-da səhər saatlarında Babək prospektində "Azərsutikinti" trestinin xəstəxanasının balansında olan binada yanğın baş verib.
Səhiyyə Nazirliyinin məlumatına görə, yanğında 5 nəfər xəsarət alıb. Onlardan biri alovdan qurtulmaq üçün üçüncü mərtəbədən özünü atıb və müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Binada yaşayan məcburi köçkünlər Qaçqınların işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə hücum edərək, ondan normal mənzillə təmin edilmələrini tələb ediblər.
Binada yaşayanlardan biri bildirib ki, ilk yanğın aprelin 9-da axşam baş verib, gələn yanğınsöndürənlər yanğının qəsdən törədildiyini bildiriblər. Amma bu gün binanın damı yenidən alışıb.
Dövlət Komitəsinin sədri bildirib ki, ekspertiza yanğın baş verməsinin səbəbini müəyyən edəcək və bundan sonra qalan məsələlər həll olunacaq.
Onun sözlərinə görə, paytaxtın Nərimanov rayonunda yerləşən yataqxanada yanğın törədilib və orada iki nəfər həlak olub.
Paytaxtda 42 min köçkün ailəsi yaşayır və hamıya yeni mənzil ayırmaq mümkün deyil. "Səbrli olun", deyə Rzayev bildirib. -02/16B-
-
- İqtisadiyyat
- 10 Aprel 2019 12:25
-
- İqtisadiyyat Göstəriciləri
- 10 Aprel 2019 13:11
Cəmiyyət
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Rəy yaz