Qida Təhlükəsizliyi Agentliyi məhsulların keyfiyyətinin yoxlanmasına başlayır
Bakı/29.06.18/Turan: İyulun 1-dən Qida Təhlükəsizliyi Agentliyi (QTA) prezidentin fərmanına uyğun olaraq tam fəaliyyətə keçir və ərzaq istehsalının bütün mərhələlərinə və istehlakçıların hüquqlarının müdafiəsinə nəzarət üzrə tədbirlərə başlayır. QTA rəhbəri Qoşqar Təhməzli bugünkü mətbuat konfrasında bildirib ki, yeyinti məhsulları istehsalı sahəsində təsərrüfat subyektlərinin monitorinqi nəzərdə tutulub.
Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı aparılacaq. Sonra bu subyektlər ərizələr və digər sənədlər təqdim olunduqdan sonra ASAN xidmətdə qeydiyyata alınacaqlar.
Bundan əlavə, ölkə ərazisində müəssisələrə verilən gigiyenik sertifikatları iyulun 1-dən ləğv edilir.
"Xaricdən daxil olan mallar, eləcə də yerli istehsallı məhsullar QTA-da qeydiyyatdan keçəcək və təhlükəsizlik sertifikatı alacaq. Bu, sözügedən sahədə beynəlxalq konvensiyaya uyğundur",- Q.Təhməzli bildirib.
Xatırladaq ki, QTA 2017-ci ilin fevralında yaradılıb. Qurum ərzaq məhsullarının təhlükəsizliyinin tənzimlənməsinin (sanitar normaların və qaydaların hazırlanması və təsdiqlənməsi), risklərin təhlili, gigiyenik sertifikatlaşdırma, xarici ölkələrə ixrac edilən məhsullara keyfiyyət sertifikatlarının verilməsinin təmin edilməsi ilə məşğul olur.
Qurumun formalaşdırılmasına və əməkdaşların qəbuluna, normativ sənədlərin və təlimatların hazırlanmasına bir ildən çox vaxt gedib. Bu müddətdə QTA-da kənd təsərrüfatı məhsulları sahəsində ekspertlər hazırlanıb. "Ərzaq məhsulları və yem təhlükəsizliyinə nəzarət sahəsində institusional potensialın möhkəmləndirilməsi" layihəsi çərçivəsində "Ərzaq zəncirinə nəzarət", "İddiaların idarə edilməsi", "Sertifikatlaşdırma və nəzarət", "Komunikasiya və informaiya texnologiyaları" mövzularında treninqlər keçirilib. Məşğələləri Avropa İttifaqının mütəxəssisləri keçiriblər.-0-
-
- Cəmiyyət
- 29 İyun 2018 16:26
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 293
-
- Cəmiyyət,
- 14:38
- 344
-
- Söz istəyirəm,
- 12:21
- 373
Rəy yaz