RATİ jurnalistlərə qarşı polis zorakılığını qınayıb
Bakı/09.03.19/Turan: Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu martın 8-də jurnalistlərə, habelə etiraz aksiyasının qadın iştirakçılara qarşı polis zorakılığını pisləyib.
RATİ KİV nümayəndələrinə və dinc aksiyanın iştirakçılarına qarşı kobud güc tətbiq etmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarını və təxribatçıları cəzalandırmağa çağırıb.
Bir qrup feminist qadın tərəfindən təşkil edilmiş, Beynəlxalq Qadınlar Gününə həsr olunmuş aksiya zamanı polis və bir qrup təxribatçı plakatları cırıb, qadınları təhqir edib və döyüb.
Bu aksiyanı işıqlandıran jurnalistlərə qarşı da zor tətbiq edilib. Nəticədə 8 qadın jurnalist bədən xəsarətləri alıb, bəzilərinin aksiyanı işıqlandırmaq üçün istifadə etdiyi texnika sındırılıb.
RATİ ölkədə toplaşmaq, ifadə azadlığını təmin etməyi, jurnalistlərin təhlükəsiz və maneəsiz işinə zəmanət verməyi və riayət etməyi tələb edib. -06B-
-
- Siyasət
- 9 Mart 2019 13:19
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz