![Мустафa Гаджибейли](https://turan.az/resized/media/2019/main/020500016569-750-500-resize.webp)
Мустафa Гаджибейли
Redaktorun məhkəməsi davam edir
Bakı/05.02.19/Turan: Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrliyilə bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin cinayət işi üzrə proses davam edib.
Prosesdə şahid Arzuxanım Məmmədovanın ifadəsi dinlənilib. O bildirib ki, heç yerdə çalışmır, 90-cı illərdən Yeni Azərbaycan Partiyasının üzvüdür. İyulun 7-də islah müəssisəsində cəza çəkən oğluna baş çəkib. Evə qayıdarkən basta saytına daxil olub: bəzi məqalələri oxuyunca şok keçirib, çox narahat olub. Onlar adamları mitinqə, iğtişaşlara çağırırdı. "Bundan sonra dərhal Bakı Şəhər Prokurorluğuna getdim və ərizə yazdım, onu Elçin adlı müstəntiqə verdim. Orada bir dəfə, ərizəni verəndə olmuşam", - o deyib.
Mustafa Hacıbəyli şahidə məqalələri oxuduğu saytın domen-ünvanının necə yazıldığını soruşdu. A.Məmmədova dedi: "basta.com. Mən hər şeyi bilirəm. Məni çaşdırmayın. Sosial şəbəkələrdə mənim profilim var və orada öz fikrimi bildirirəm".
Saytdakı hansı məqalələrin onu həyəcanlandırması ilə bağlı sualın cavabında şahid deyib ki, onu Gəncə və Mingəçevir hadisələri ilə bağlı məqalələr qorxudub. Lakin o, məqalələrin adlarını açıqlaya bilməyib və deyib ki, məqalələrdə iğtişaşlara və mitinqlərə çağırışlar yer alıb.
A.Məmmədova həmçinin bildirib ki, məqalələr saytda "Müsavat Partiyası" adlı rubrikada dərc edilib. Bu vaxt hakim şahidə müraciət edərək suallara konkret cavab verməyə, şərh verməməyə çağırıb. A.Məmmədova deyib: "Mən niyə danışmamalıyam? Onlar müsavatçıdırlar, adamları mitinqə çağırırlar. Kimə lazımdır bu mitinqlər?" Hakim yenidən onun sözünü kəsərək mahiyyəti üzrə danışmağa çağırıb.
Sonra M.Hacıbəyli şahidə sual verib ki, işsiz olduğu üçün necə yaşayır? Şahid deyib ki, bir neçə mağazada mühasib çalışır. Hakim Hüseynov sual verib ki, əməkhaqqı alırmı, vergi ödəyirmi? A.Məmmədova müsbət cavab verib.
Onun prokurorluqda neçə dəfə olması ilə bağlı M.Hacıbəylinin sualına cavab olaraq şahid bir daha bildirib ki, orada iyulun 7-də axşam olub.
M.Hacıbəyli cavab verib ki, iş materiallarında göstərilib ki, şahid Bakı Şəhər Prokurorluğunda iki dəfə olub - 7 iyul və 23 iyul və iş üzrə ifadə verib.
Bununla şahid dindirməsi başa çatıb və hakim Səbuhi Hüseynov növbəti prosesi fevralın 12-nə təyin edib.-0-
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz